3 Sentyabr 2020 17:39
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taksi fəaliyyəti ilə məşğul olanların vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün sərfəli kredit proqramı hazırlanmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin üzvü Aydın Mirzəzadə şıxış edib.

O, Bakı Nəqliyyat Agentliyinin (BNA) hüquq şöbəsinin müdirinin taksilərlə bağlı söylədiyi fikrə etiraz edib:

“Şöbə müdirinin taksilərlə bağlı söylədiyi fikirlər haqlı narazılığa səbəb olub. Hər bir vətəndaşımızın taksidən isitifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır.

Hər yerdə olduğu kimi, taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər