14 Sentyabr 2020 09:43
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə insanların evdə qalması birbaşa onların qidalanma rejimlərinə təsir edir. Qədərindən artıq emək, xəmir yeməklərə üstünlük vermək çəki artımına səbəb olur. Arıqlamaqdan söhbət getdikdə isə pəhriz saxlamaq ön plana çıxır.

Teleqraf.com xəbər verir ki, arıqlama prosesində insanın fiziki fəaliyyəti pəhrizdən daha çox önəmlidir.

Bu məsələ Amerika Endokrinoloji Cəmiyyətin illik iclasında müzakirə olunub və hesabatın yaxın zamanda "Journal of Endocrine Society"də yayımlanması gözlənilir.

Həkimlər 60 kök insanın üzərində 18 aylıq araşdırma aparıblar.

Tədqiqat müddətində fiziki fəaliyyəti daha yaxşı olanlar tənbəllərlə müqayisədə daha çox çəki veriblər.

Araşdırmanın nəticələrinə görə, fiziki fəaliyyəti aktiv və sağalam olan insanlar daha asan çəki verir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər