6 Noyabr 2020 16:56
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dinlər insanlara təcavüzü qadağan edir. Təəssüflər olsun ki, erməni keşişləri işğalçı ordularına dəstək verməklə əslində təcavüzə dəstək olurlar. Bu, dinin mahiyyətinə ziddir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, din bir şərtlə - təcavüzkarı dəf etmək, təcavüzə cavab vermək üçün vuruşmağa icazə verir:

"Din deyir ki, sizinlə vuruşanlarla vuruşun. Qabaqlayıcı müharibə apararaq, hansısa təcavüzün qarşısını almaq üçün savaşa bilərsiniz. Amma hazırkı vəziyyətdə Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib və onların keşişlərinin orduya dəstəyi təcavüzkarlığa dəstəkdir. Bu, xristianlığın mahiyyətinə ziddir.

Ümumiyyətlə, Ermənistan çalışır ki, müharibəni dini müstəviyə çəkərək onu dinlərarası savaş kimi təqdim etsin. Halbuki bunun heç bir əsası yoxdur. Azərbaycan heç zaman din zəmnində heç kəslə konfliktdə olmayıb. Burada söhbət beynəlxalq qanunvericiliyin tələblərindən gedir.

Azərbaycan qanunvericiliyi, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edir. Buna haqqımız var. Onlar din xadimlərini prosesə cəlb etməklə məsələyə dini don geyindirmək məqsədi daşıyırlar. Din xadimlərinin silahlanıb təcavüzkar orduya dəstək verməsi qəti şəkildə qadağandır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər