12 Noyabr 2020 13:33
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütünlükdə təhsil prosesi onlayn tədrisə keçib. Məktəblərdə ənənəvi tədrisin bərpası məsələsi hər kəsi maraqlandırır. Müharibənin ilk günlərində cəbhəyanı bölgədə əvvəlcə 400, sonra 800, ümumilikdə 1200 məktəbin tədris dayandırıldı. 2 həftədir onlayn tədris davam edir. Onlayn tədrisə keçid başlayandan sonra keyfiyyəti təmin etmək o qədər də asan olmadı. Çünki vətən torpaqlarının müdafiəsi məqsdədilə internetdə məhdudiyyətlər tətbiq edilmişdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, müharibə qələbəmizlə başa çatdığı üçün cəbhəyanı bölgənin məktəbliləri təhsil almaq imkanı əldə edəcəklər:

"Onların təhlükəsizliyi ciddi məsələ idi. Müharibədən sonra həmin məktəblərdə təhsilin bərpa olunması aktual məsələ idi. Fikirləşirəm ki, müharibənin dayanaması tədris prosesinə müsbət təsir göstərəcək. Bu baxımdan biz yaxın gələcəkdə müvafiq qərarları görəcəyik.

Tədrisdə yaranan fasilə hamını narahat edir. Təhsil cəmiyyətin inkişafına birbaşa təsir edən faktordur. Bu baxımdan hamımız istəyirik ki, tədrisdə fasilə olmasın. Pandemiya ilə bağlı tədris fəaliyyətində xeyli geriləmələr olub. Bu, təkcə Azərbaycanı yox, dünyanı düşündürən məsələdir. Pandemiya və müharibə təhsilimizə iki qat zərbə vurdu. Pandemiya səbəbilə onlayn tədrisə keçid etsək də, burada əsas məsələ vətəndaşların təhlükəsizliyinin təmin olunması idi.

Yaxın vaxtlarda təhsildə yeni format - həm ənənəvi, həm də hibrid tədris gündəmə gələ bilər. Ölkəmizdə yoluxma sayı xeyli artıb. İnsanlar məsuliyyətli yanaşsa, gözlənilən nəticəni əldə edə biləcəyik. Yaxın zamanda bu məsələ müzakirə olunacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər