26 Dekabr 2020 21:41
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 test nəticəsi müsbət çıxan hamilə qadınların 88 faizində xəstəliyin simptomları özünü göstərmir.

Teleqraf.com xəbər verir ki, türkiyəli mütəxəssislərin araşdırmalarına görə, koronavirus testi müsbət olan hamilə qadınlarda qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yorğunluq kimi yüngül simptomlar müşahidə edilə bilər. Lakin bu simptomlar 88 faiz qadında qeydə alınmır.

Hamilə olub, COVID-19 əlamətləri olan qadınlar diaqnoz üçün mütləq burun və boğazdan yaxma analizi verməlidirlər. Əgər qadının tənəffüs çatışmazlığı varsa, qarın nahiyəsini qorumaq şərtilə sinə rentgentomoqrafiyası aparılmalıdır.

COVID-in dərmanı olmadığını nəzərə alaraq, bu müddətdə hamilə qadınlar istirahət etməli, bol su içərək, sağlam qidalanmalıdırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər