25 Yanvar 09:55
443

İngiltərədə aşkarlanan koronavirusun mutasiya keçirmiş növü dünyada sürətlə yayılmağa davam edir.

Teleqraf.com xəbər verir ki, Fransa Elm Şurasının rəhbəri Jan-Fransua Delfressi ölkədə koronovirusla mübarizədə küçəyə çıxmaq qadağasının tətbiq olunacağını bildirib.

Onun sözlərinə görə, virusun mutasiyaya uğraması karantin qaydalarının sərtləşdirilməsinə yol açır:

“Yayılmaqda olan mutasiya artıq 3 həftədir ki, vəziyyəti dəyişir. Mutasiya COVID-19 vaksininin təsirini 40 faiz azaldır. Virus Paris başda olmaqla, ölkə miqyasında sürətlə yayılır və yoluxuculuq riski də yüksəkdir”.

Delfressi qeyd edib ki, virusa yoluxma hallarının 9 faizi mutasiya keçirmiş virusun payına düşür: “Araşdırmalarımıza görə, bu say hər gün artır. Bu səbəblə yenidən sərt karantin rejiminə keçidin vacib olduğunu hesab edirəm. Yenidən küçəyə çıxmaq qadağası tətbiq etməliyik”.

Qeyd edək ki, Fransada bu günədək 30 53 617 nəfər virusa yoluxub. Onlardan 73 049 nəfər dünyasını dəyişib.


Müəllif: Aysel Azad