Braziliyada koronavirusun 3 yeni mutasiyaya uğramış növü tapılıb.
Teleqraf.com xəbər verir ki, məlumat Braziliya Səhiyyə Elmləri Şurası tərəfindən aparılan araşdırmada təsdiqlənib.
Mütəxəssislər aşkar olunan mutasiya viruslarının Braziliyada son aylarda ilk dəfə aşkar olunan "P1" tipindən daha yoluxucu və daha güclü olduğunu deyir.
Həkimlər ölkə daxilində peyvənd olunanların vaksin vurdurmayan fərdlərlə qarşılıqlı əlaqəsi sayəsində yeni mutasiyaların virusa qarşı antikorları təsirsiz vəziyyətə gətirəcəyindən qorxurlar.
Braziliya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son sutkada epidemiyadan 3158 nəfər ölüb. Ölkədə ölənlərin sayı 298 min 843, ümumi yoluxma sayı 12 milyon 136 min 615-ə çatıb.