Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.
Teleqraf.com xəbər verir ki, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın qiymətində qeydə alınıb.
Ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.