6 Mart 2022 13:12
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının iki rayonunun müəyyən hissələrinə içməli suyun verilməsində fasilə yaranıb.

“Azərsu ASC”dən Teleqraf.com-a verilən məlumata görə, buna səbəb su kəmərində baş vermiş qəzadır.

Qeyd olunub ki, qəza ilə əlaqədar Nərimanov rayonunun M.Əlizadə, N.Yusifbəyli, M.Qaşqay, N.Rəfibəyli ş, Azadlıq, Y.V.Çəmənzəminli, M.Sənani və Nəsimi rayonunun H.Əliyev, S.Vurğun, C.Məmmədquluzadə, A.Səhhət, Novruzov qardaşları, S.Rəhman küçələrinə içməli suyun verilişində fasilə yaranıb.

"Azərsu" ASC-nin qəza briqadaları hadisə yerində işləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər