12 Aprel 2022 13:56
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan kinder yumurtalarına və digər məhsulllarında salmonella bakteriyası aşkarlanmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Qoşqar Təhməzli bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəldiyini deyib:

“Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda marketlərdə görünən məhsullar o kateqoriyaya aid deyil”.

O əlavə edib ki, ümumiyyətlə, dünyada “Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.


Müəllif: Teleqraf.com