Şəmkir şəhərinin General Mehmandarov küçəsinə və Tovuz rayonunun Vahidli kəndinə təbii qazın verilişi dayandırılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar edilmiş sızmalardır.
Hazırda Şəmkirdə təxminən 200, Tovuzda isə 150-yə yaxın abonentin qazı müvəqqəti kəsilib və sızmaların aradan qaldırılması istiqamətində iş aparılır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən təsdiq ediblər ki, "mavi yanacaq" təchizatının məhdudlaşdırılması ərazidə baş verən qaz sızması ilə bağlıdır: "Bu, planlaşdırılmış deyil, məcburi dayanmadır. Tezliklə təbii qazın verilişi bərpa ediləcək”.