6 İyun 2023 17:33
2 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində 6-cı siniflərdə “Fizika” və “Biologiya” fənlərinin tədrisi dayandırılacaq.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamasında xatırladıb ki, vaxtilə “Təbiətşünaslıq” adlı fənn 5 və 6-cı sinifdə keçilirdi:

“Demək olar ki, “Təbiət” fənni də həmin fənnin əvəzi kimi tədris olunacaq. Növbəti tədris ilində 6-cı sinif şagirdləri üçün “Fizika” və “Biologiya” fənlərinin tədris olunmaması bir növ proqramların azaldılması kimi qiymətləndirilir”.

Elçin Əfəndinin sözlərinə görə, iki fənninin tədris planından çıxarılması həmin yaş dövründə olan uşaqların ümumi dərs prosesinə müsbət təsir edə bilər: “Yəni şagirdlər “Fizika” və “Biologiya” fənninə əlavə vaxt itirməyib, yalnız bir fəndən müəyyən bilik və bacarıqlar əldə edirlər. Amma növbəti təhsil pilləsində təbii ki, müvafiq fənlər tədrisi olunacaq. Ümumi qərarı şagirdlərin dərs yükünün azaldıması kimi dəyərləndirmək olar”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər