17 İyun 2016 16:50
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə axşamı bəzi yürüşçülər Bakıdakı şəhər trasını tənqid edərək bildiriblər ki, potensial təhlükəli yerlərdə trasdan çıxmaq üçün müvafiq zonalar yoxdur. “Red Bull Racing” komandasının rəhbəri Kristian Horner isə hesab edir ki, bu tras təhlükəli deyil.

Kristian Horner deyib: “Bakı trasının öz xüsusiyyətləri var, bu tras Monako trasından təhlükəli deyil. Bütün yürüşçülər üçün bərabər şərait yaradılıb. Bu tras bir növ köhnə məktəb nümunəsidir. Bizi maraqlı Qran-pri gözləyir. Mənim fikrimcə, əgər FİA (Beynəlxalq Avtomobil Federasiyası) bu trası təhlükəli hesab etsəydi, bizim burada yürüş keçirməyimizə icazə verməzdi”.


Müəllif:

Oxşar xəbərlər