27 İyun 2016 17:13
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hazırda epizootik vəziyyət sabitdir.

Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, DBNX-nın mütəxəssisləri Bərdə rayonuna ezam olunub, rayonun Hacılar və Böyük Göyüşlü kəndlərində araşdırmalar aparıb, heyvanlara baxış keçirib, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb.

Araşdırmalar zamanı kənd sakinlərinin özlərinin iştirakı ilə həyətlərindəki heyvanlara da baxış kreçirilib, heyvan sahiblərindən izahatlar alınıb, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb. Həmçinin araşdırmalar zamanı kəndlərdə heyvanlar arasında ölüm halının olmadığı müəyyən olunub.

Xatırladaq ki, Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.


Müəllif:

Oxşar xəbərlər