Mayın əvvəllərindən Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi “Qusar rayonundan olan gənc qızların peşə kursların cəlb olunması” layihəsinə start verilib.
Bu barədə Teleqraf.com-a İctimai Birliyin rəhbəri Anfisa Zinyəddin məlumat verib.
Layihə ilə əlaqədar Qusar rayonun orta məktəblərində məktəb direktorları və müəllimələrlə birlikdə gənc qizlarla söhbət və müzakirələr aparilıb. Bundan sonra qızların peşəyönümünün təşkili üçün kursların açılışına başlanıb. Anfisa Zinyəddinin sözlərinə görə, tikişci peşəsinə yiyələnmək istəyən qızların arzusu nəzərə alınıb. Özünü tikişci-modelyer kimi görmək istəyən qızların müraciətləri qəbul olunub. Mütəxəssis rəyi əsasinda müraciət edən qızların arasindan tikiş üzrə özünü doğrulda biləcək 20 qız seçilərək kursa cəlb edilib.
Artiq 20 nəfər gənc qiz Qusar rayonunun mərkəzindəki Gənclər evində təlimlərdə iştirak edir.
Təlimlər həftədə iki gün olmaqla cümə və şənbə günləri aparılır. Anfisa Zinyəddinin sözlərinə görə, layihənin əsas məqsədi gənc qızlar arasında məşğulluq problemini aradan qaldirmaq, gənc qızları dərzi və tikişçi-modelyer peşəsinə cəlb etməkdən ibarətdir.
Kursu uğurla başa vuran qızlara sertifikat təqdim olunacaq və aidiyyəti yerlərdə işlə təmin olunmalarına yardim göstəriləcək.