1 İyul 2016 01:14
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təşkilati və maliyyə məsələlərini üzərinizə götürsəniz, gününüz əla alına bilər. Ümumiyyətlə, başqalarına nə qədər az bel bağlasanız, bir o qədər yaxşıdır. Müstəqil fəaliyyət sizi çox yorur, amma bu, mənasız əməkdaşlıqdan daha yaxşıdır.

Buğa - çalışın, bu gün yaxşıca istirahət edəsiniz. Səfərlərə gedə, gəzintiyə çıxa, dostlarınıza baş çəkə bilərsiniz. İşlər barədə nə qədər az fikirləşsəniz, əhvalınız bir o qədər yaxşı olacaq. Xırda alış-veriş uğurlu olacaq. Amma ciddi xərclərə yol verməyin.

Əkizlər - günün birinci yarısı emosional fon rahatlığı ilə seçiləcək. Məhz bu dövrdə planlar quraraq məqsədlər təyin etmək olar: insanlar öz güclərini düzgün hesablayır və layihələrin reallaşdırılmasına yüksək əhval-ruhiyyə ilə başlayırlar.

Xərçəng - sonrakı saatlar o qədər xoş olmasalar da, onları tamamilə pis adlandırmaq da düzgün deyil. Axşam həm işgüzar, həm şəxsi məsələləri müzakirə etmək olar. fikir ayrılıqları mübahisələrə səbəb olmur. İnsanlar bir-birlərinə qarşı daha dözümlü davranırlar.

Şir - hər şey əladır. Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.

Qız - maliyyə işlərini qaydaya sala, yeni gəlir mənbələri tapa, yaxud əla yatırım edə bilərsiniz. Sizi məhz məşğul olduğunuz işlər maraqlandırdığından bunların öhdəsindən tez gəlirsiniz. Tezliklə mükafat alacağınıza ümid edə bilərsiniz.

Tərəzi - maliyyə vəziyyətiniz yaxşıdır. Pul ala bilərsiniz. Düzdür, heç gözləmirsiniz, amma mümkünsüz işlər də bəzən mümkün olur. Çoxdan rastlaşmadığınız biriylə görüşünüz sizi sevindirəcək. Aşiq Tərəzilər sevgililərindən oçx vacib sözlər eşidə bilərlər.

Əqrəb - emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.

Oxatan - gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız.

Oğlaq - iş görmək üçün bundan yaxşı gün? Entuziazmla çalışırsınız, uğurlarınız da gecikmir. Rəhbərlik sizin səyinizi görür, işə yaradıcı münasibətinizi, peşəkarlığınızı, başqalarının əməyini təşkil etmək bacarığınızı layiqincə qiymətləndirir. Odur ki, yaxınlarda vəzifənizi böyüdə bilərlər.

Dolça - şəraitin birmənalı olmamasına rəğmən, konstruktiv mövqe tutur və yaranan çətinlikdən uğurla çıxmağı bacarırsınız. Düzdür, lokomotiv rolunu oynamaq elə də xoşunuza gəlmir: tərəfdaşlarınızı və köməkçilərinizi az qala ətəklərindən yapışıb arxanızca sürüyürsünüz, hələ onlar etiraz da edirlər!

Balıqlar - qadınlarla münasibətlərinizə diqqət yetirin: burada bəzi şeyləri təcili dəyişmək lazımdır ki, yaxın gələcəkdə heç bir problem yaranmasın. Təəssüf ki, peşəkar sahədə rəqabət apardığınız qadınları qiymətləndirmirsiniz: onlar sizə zərbə vurmaq imkanını ötürməyəck, saman altdan su yeridərək işlərinizi korlamağa çalışacaqlar.


Müəllif: