11 İyul 2016 12:47
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkaran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan tarixi-memarlıq abidəsinin sökülməsi xəbərinə münasibət bildirib.

Teleqraf.com müxbirinin uyğun sualını cavablandıran nazir deyib:

"Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və onun adını daşıyan, tarixi-memarlıq abidəsi olan "Nizami" kinoteatrı sökülməyib. Nizami Gəncəvinin heykəli başqa yerə köçürülüb. Kinoteatr 4 il bundan əvvəl özəlləşdirilib. Lakin heç kəs onun sökülməsinə icazə verməyib".

Nazir qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan kinoteatrın sökülməsi barədə xəbiri ötən ay “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov yayıb.

Fəxrəddin Gözəlovun sözlərinə görə, tarixi memarlıq abidəsi “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib:

"Nizami adına kinoteatrın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. Bina heç bir hüquqmüəyyəndedici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində “Neon” şadlıq sarayı tikilir. Kinoteatrın qarşısında olan Nizami Gəncəvinin heykəli də sökülüb".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər