11 İyul 2016 16:30
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayon polis şöbəsinə yeni rəis təyinatı olub. Teleqraf.com xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Daşkəsən rayon polis şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa rayon polis şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Ağstafa rayon polis şöbəsinin sabiq rəisi Yaşar Nuriyev bir ay əvvəl Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.

Hacı Zeynalov


Müəllif: