15 İyul 2016 18:54
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin “Kutvan proje” şirkərti tərəfindən birgə hazırlanmış “Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli” tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir: “Bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqələri əhalinin təhlükəsiz şəraitdə istirahəti üçün xidmət göstərir. Ölkəmizdə çimərlik turizminin inkişafı üçün böyük potensialın olmasına baxmayaraq, bundan istifadə imkanları istənilən səviyyədə deyil. Bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və çimərliklərin dünya standartları səviyyəsinə çatdırılması üçün müvafiq normativ-hüquqi sənədlərin qəbul olunması vacibdir.

Çimərliklər mütəxəssislər tərəfindən müxtəlif kriteriyalara görə qiymətləndirmədən uğurla çıxanlar bu statusa malik olurlar. “Mavi bayraq” qalib çimərliyin diqqətçəkən hissəsinə sancılır və onun yüksək imic qazanmasına xidmət edir. Bizdə mövcud olan çimərliklərin heç biri belə bayraqla təltif olunmayıb. Bu sahədə qardaş Türkiyə dünya ölkələri arasında öncül yerlərdədir. Biz bu təcrübədən yararlana bilərik”.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sevda Həsənova, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “Kutvan proje” şirkətinin nümayəndəsi Ali Bülənt Kutvan, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizdə turizmin inkişafı sahəsində atılan addımlardan danışıblar.

Sonda qərara alınıb ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqələndiriciliyi ilə tədbirdə iştirak edən nazirlik və icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılsın.

İşçi qrupu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən çimərliklərdə dəniz suyunun təmziliyi, ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və xidmət səviyyəsinin vəziyyəti ilə əlaqədar baxış keçirilsin. Mövsümün sonunda aparılan araşdırmaların nəticələri elan edilərək, nümunəvi çimərliklər mükfatlandırılsın.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər