24 İyun 2014 14:30
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qax rayonunda inşa etdirilərək ötən ilin oktyabrında yarımçıq istifadəyə verilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasında boş qalmış 21 mənzildə təmir işlərini yekunlaşdıraraq müharibə əlillərinə və şəhid ailələrinə təqdim edib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə bildirilib ki, indiyədək 4300-ə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.

Cari ildə Beyləqan, İmişli, Goranboy və Tərtər rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evləri də bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək.

Naibə


Müəllif: