Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 kilometrlik ərazidə dəmiryolunda hərəkət edən yük vaqonları relslərdən çıxaraq, aşıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, Yük vaqonları dəmiryol keçidində qabaritinə uyğun olmayan şəkildə ağırtonnajlı yük maşını dayanıb: “Yük boşaldıb qayıdan yük vaqonları həmin yük maşınına toxunub. Vaqonların hər birinin təkər cütü düşüb”.
Nadir Əzməmmədov qeyd edib ki, hadisə nəticəsində 20 dəqiqə bağlı qalan yolda hərəkət bərpa olunub.
İlhamə ƏBÜLFƏT