21 İyul 2016 15:21
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun İrmaclı kənd sakini, 1990-ci il təvəllüdlü Elvin Həsənov ilanvurma diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Ona dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Xəstənin vəziyyəti ağırdır. Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Teleqraf.com-a açıqlamasında bildirib ki, son üç ayda ilanvurma hadisəsi ilə bağlı müraciət edənlər artıb: “Bilirsiniz ki, ilan havalar isti olan zaman hərəkə keçir. May ayından başlayaraq ilansancma hadisələri olub”.

Azər Maqsudov 3 ay ərzində ilansancma hadisələrinin statistikası haqqında məlumat verib: “May ayında 7, iyunda 12 və iyulda bu günün statistikasına görə, 11 nəfər ilanvurma diaqnozu ilə xəstəxanalara müraciət edib. Müraciət edən insanlara dərhal yardım göstərilib, ölüm hadisəsi baş verməyib".

Şöbə müdiri ilansancma hadisələrinin olduğu rayonların da adlarını açıqlayıb: “İlan sancma hadisələri ilə bağlı daha çox aran zonasında, Qəbələ, Oğuz, Şəmkir Şamaxı, Ağsu, Lənkəran və Astaradan müraciətlər daxil olur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər