“Günəşli” yatağında istehsal gücünün artırılması məqsədi ilə “Azneft” İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır.
SOCAR-ın Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yataqdakı 13 saylı dərin dəniz özülündə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilmiş və 2825-2810 metr intervalından gündəlik 50 ton neft hasilatı ilə istismara daxil edilib.
Qeyd edək ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
İlhamə ƏBÜLFƏT