29 İyul 2016 19:37
534
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Qəbələ şəhərində vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər daha sonra rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ətraflı müzakirə olunub. Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi toplantıda sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb. Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, nazir qarşıya çıxan problemlərin vaxtında həll olunması, xidmət mədəniyyətinin lazımi səviyyəyə çatdırılması, vətəndaş şikayətlərinə ciddi reaksiya verilməsi üçün müvafiq göstərişlər verib. Sonda R.Quluzadə bildirib ki, həyata keçirilən bütün işlər vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməlidir.

Müəllif:

Oxşar xəbərlər