31 İyul 2016 21:20
464
12 Punto 14 Punto 16 Punto 18 Punto
İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Avstriyanın "Vayner Akademiya" Kamera Orkestrinin konserti keçirilib. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konsert böyük tamaşaçı marağına səbəb olub. Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb. Orkestrin repertuarı çox geniş və rəngarəngdir. "Vayner Akademiya" Kamera Orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb. "Avstriyanın elm və incəsənətinə xidmətə görə Şöhrət Xaçı", Praqada V.A.Motsart, Macarıstanda F.List mükafatlarına layiq görülmüş dünya şöhrətli dirijor Martin Heselbökun rəhbərlik etdiyi konsertdə Avstriya və İtaliya bəstəkarlarının əsərləri səsləndirilib. Yerli və xarici tamaşaçılar qarşısında Avstriyanın tanınmş musiqiçiləri-Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) Avropa bəstəkarlarının klassik əsərlərini gözəl ifa etməklə onlara unudulmaz anlar yaşadıblar. İyulun 31-də axşam saat 21:00-da isə Qəbələdə İspaniyanın Castro Romero Flaminqo rəqs və xoreoqrafiya qrupunun konserti olacaq.

Müəllif:

Oxşar xəbərlər