2 Avqust 2016 11:50
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu ilin mayından başladığı "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlı layihəsi sona çatır.  


JEM-dən verilən məlumata görə, layihə çərçivəsində alimlərin iştirakı ilə 10 "Dəyirmi masa" təşkil olunub. Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi münasibəti ilə alimlərə ünvanlanan çağırışına cavab olaraq, olduqca maraqlı və cəmiyyətin inkişafına böyük təkan verən təkliflər səsləndirilib. JEM-in nümayəndələri tərəfindən Prezidentin çıxışı öncədən sahələr üzrə təsnifatlandırıldığı üçün müzakirələr konkret mövzular üzrə aparılıb. 


JEM sədri Ceyhun Musaoğlunun moderatorluğu ilə keçirilən "Dəyirmi masa"larda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi, AMEA-nın Dlçilik, Fizika, Tarix, Fəlsəfə, Qafqazşünaslıq, Folklor institutlarının təmsilçiləri,  Gənc Alimlər və Mütəxəssislər Şurasının, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, üzvləri, nazirliklərin məsul şəxsləri, universitet müəllimləri iştirak ediblər. 

Görüşlərdən hazırlanan reportajlar aşağıda təqdim etdiyimiz sərlöhvələrlə "Kaspi" qəzetində dərc olunub. 

- Dilimizi necə qoruyaq? - alimlərdən önəmli təkliflər
-  Kənd təsərrüfatının inkişafı - həm iqtisadi, həm də sosial məsələ  
-  Nə əkək və necə suvaraq? 
-  Aqrar sahənin inkişafı: Dünya bazarlarına necə çıxaq və nə çıxaraq? 
- Xarici investisiya üçün potensial sahə - əlverişli biznes mühiti, iqlim şəraiti və dövlət təminatı
- Müasir texnologiyaların Azərbaycana gətirilməsi: Gənc fiziklərin təklifləri var
-  Qarabağ həqiqətləri: çağırış və alimlərdən gözləntilər
- İrəvan və Qarabağ: dünya çapına hansı kitabları çıxaraq? 
- Qarabağ problemi və hədəfdəki İrəvan
- Dünyaya göstərdiyimiz daha bir model: Multikulturalizm

Alimlərin təklifləri Mərkəzin üzvləri tərəfindən seçilərək paket şəkilinə salınıb. Həmin təkliflər məktubla birgə rəsmi blankda müvafiq dövlət qurumlarına göndərilir. 


Azərbaycan Prezidentinin alimlərə ünvanladığı tövsiyə və tapşırıqlarının mətbuatın daim diqqətdə saxlamasına töhvə vermək, cəmiyyətin dinamik inkişafında elm adamlarının rolunu artırmaq məqsədi ilə həyata keçirilən layihənin davamlılığı ehtimalı çoxdur. Dövlət qurumlarına ünvanlanan təkliflər dəyərləndiriləcək və lazımı qiymət veriləcək. 


JEM-dən onu da bildiriblər ki, bununla da Prezidentin çağırışı alimlərin təklifləri ilə cavablandırılmış olacaq, nəticədə həmin təkliflərin icrası baş tutacaq. Bu isə layihənin cəmiyyətin inkişafındakı müsbət rolundan, dolğun əhəmiyyətindən xəbər verir. 


Müəllif:

Oxşar xəbərlər