17 Avqust 2016 01:52
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


SOCAR-ın Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə avqustun 17-də saat 09:00-dan 18:00-dək Binəqədi rayonu 28-may və Mədən yaşayış massivi ərazisində, həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Səbail rayonunun Bayıl və Badamdar ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Müəllif:

Oxşar xəbərlər