19 Avqust 2016 17:37
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində uşaq boğulub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər