30 Avqust 2016 22:17
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsinin bioloji zəngin sahələrinin araşdırılması zamanı bəlli olub ki, bu ərazilərin 97 faizinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb insanlardır.

AZƏRTAC “VistaNews” saytına istinadla xəbər verir ki, Avstraliya Universitetinin professoru Bill Lorensin sözlərinə görə, planetimizin bioloji zəngin sahələri çoxlu sayda itkilərlə üzləşib. Tədqiqatlar nəticəsində insan faktorunun planetin ən ucqar ərazilərinə belə mənfi təsir göstərdiyi bəlli olub. Ekspertlər bildiriblər ki, dünyanın fauna və florasına ən böyük ziyanı məhz insanlar vurur. Daimi fəaliyyət nəticəsində yer ehtiyatları tükənir, 70 faiz əhalinin çoxluğundan əziyyət çəkən bölgələr ekoloji cəhətdən kirlənir. Ümumiyyətlə, sənayenin inkişafı tədricən dünyanın dəyişməsinə öz təsirini göstərməkdədir.

Kənd təsərrüfatı üçün yararlı torpaqlar ekoloji təzyiqin əmələ gəlməsini müəyyən edən əsas faktorlardan biridir. 1993-cü və 2009-cu illərdə aparılan araşdırmaların nəticələrinin müqayisəsi zamanı aydın olub ki, bu müddətdə insanların təbiətə mənfi təsiri doqquz faiz artıb. Hazırda elm adamları əsasən Afrikanın və Asiyanın bir neçə bölgələrində nəzarətsiz əhali artımının qarşısının alınması yollarını araşdırırlar.


Müəllif:

Oxşar xəbərlər