1 Sentyabr 2016 13:28
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib. Sənəd qəbulu sentyabrın 1-dən oktyabrın 1-dək aparılacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, namizədlər müsabiqə yolu ilə seçiləcək.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 santimetrdən az və 180 santimetrdən çox olmayan, Azərbaycan, rus, ingilis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.


Müəllif: