2 Sentyabr 2016 18:04
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İtaliyada baş vermiş zəlzələ Azərbaycan üçün təhlükəli deyil”.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Teleqraf.com-a açıqlamasında belə deyib.

Qurban Yetirmişli bildirib ki, İtaliyada olan zəlzələ tektonik quruluş, region cəhətdən ölkəmiz üçün heç bir qorxu yaratmır: "Bundan sonra da həmin ərazidə olan zəlzələnin Azərbaycana təsiri olacağını ehtimal etmirəm. Əlbəttə, həmin bölgədə zəlzələ baş verəndə Azərbaycanın müxtəlif bölgələrində də zəlzələ ilə üst-üstə düşə bilər. Lakin bunu həmin ərazi ilə əlaqələndirmək düzgün deyil”.

Azərbaycanda zəlzələ ehtimalına gəldikdə Qurban Yetirmişli bildirib ki, zəlzələnin yerini, vaxtını və gücünü əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: “Zəlzələ saniyələr ərzində baş verən proses olduğu üçün əvvəlcədən müəyyən etmək olmur. Sadəcə hansı ərazidə zəlzələ ola biləcəyini təxmini bilmək olur”.

Baş direktoru bildirib ki, zəlzələnin dağıdıcı olması xüsusiyyəti onun hansı dərinlikdə baş verməsindən asılıdır: “Zəlzələ ocağının dərinliyi yer səthinə nə qədər yaxındırsa, onun dağıdıcılıq qüvvəsiçox ola bilir”.

Qurban Yetirmişli qeyd edib ki, Azərbaycanda güclü zəlzələ gözlənilmir.

İlhamə ƏBÜLFƏT


Müəllif: