“Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var”
Teleqraf.com-un məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, meyit orqanlarının transplantasiyası ilə bağlı qanunda düzəliş olmalıdır: “Meyit orqanlarının transplantasiyası etik məsələdir. Bunun üçün seminarlar keçilməli, müzakirələr davam etməlidir.
Çünki millətin etik normaları var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi gələcəyin işidir”.
Nazir müavini qeyd edib ki, Azərbaycan xəstəxanalarında orqan transplantasiyası əməliyyatları keçirilir: “Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür”.
İlhamə ƏBÜLFƏT