Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək.
Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları (PUA) ilə təmin edilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.