14 Oktyabr 2016 17:17
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 374 nəfər təşkil edib ki, onlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbilərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun açıqladığı hesabatda bildirilib.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1988-ci ildən 1 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülüb ki, onlardan 5803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4459-u (74,3%) kişi, 1544-ü (25%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər