Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.
“Bowling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Səxavət