29 Oktyabr 2016 17:26
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi bölgələrdə yerləşən tibb müəssisələrində KİV-lərin nümayəndələri üçün media-turlar təşkil edir.

Teleqraf.com xəbər verir ki, növbəti media-tur ölkəmizin cənub bölgəsinin Lənkəran, Lerik və Astara rayonlarına təşkil olunub.

Tur çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzi ilə tanış olan KİV nümayəndələrinə burada əhaliyə göstərilən tibbi xidmət barədə ətraflı məlumat verilib.

Mərkəzin baş həkimi Malik Məmmədov bildirib ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən səhiyyə müəssisəsində dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət göstərir. Mərkəzdə müalicə və müayinə ilə yanaşı, müxtəlif əməliyyatlar, o cümlədən açıq ürək əməliyyatları da həyata keçirilir.

Tədbir çərçivəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunmuş geniştərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılıb.

Daha sonra media-turun iştirakçıları Lerik Mərkəzi Rayon Xəstəxanasında əhaliyyə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olublar.

Xəstəxanın baş həkimi Mübariz Ağayev jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, doxsan çarpayılıq xəstəxanada poliknilika, terapiya, cərrahiyyə, doğum, uşaq xəstəlikləri, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyət göstərir.

Media-tur çərçivəsində KİV-lərin nümayəndələri Astara Mərkəzi Rayon Xəstəxanası ilə də tanış olublar. Xəstəxananın baş həkimi Əlövsət Əliyev bildirib ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün mühüm işlər görülüb.

Əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi Astara Mərkəzi Rayon Xəstəxanası yüksək beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıq və ixtisaslı kadrlarla təmin olunub.


Müəllif:

Oxşar xəbərlər