31 Oktyabr 2016 10:11
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-dən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılacaq.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin rəhbəri İsa Məmmədov “Report”a bildirib ki, MTRŞ-nın 27 sentyabr tarixli qərarında heç bir dəyişiklik yoxdur və sabahdan artıq analoq yayımdan istifadə mümkün olmayacaq.

Bu il sentyabrın 27-də Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçid müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə 1 dekabr 2016-cı il tarixdən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Məsələ ilə bağlı MTRŞ vətəndaşlara müraciət edib. Müraciətdə bildirilirdi ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

Müraciətdə televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur.

Rəqəmli TV yayımının bir sıra üstünlükləri var.


Müəllif:

Oxşar xəbərlər