7 Noyabr 2016 12:05
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən yüksək keyfiyyət, unudulmaz dad və ən ucuz qiymətlər! Bu, “Tazedo” qida məhsulları şirkətinin fəaliyyət devizidir. Daha əvvəl azərbaycanlı iş adamları tərəfindən 4 noyabr 2001-ci ildə Moskavada və 2005-ci il sentyabrın 1-də Ukraynada yatırım edilmişdir. Regionun lider markalarından birinə çevriləcək Tazedo” 2016-cı il noyabrın 4-də İstanbulda rəsmi açılışını edərək Türkiyədə mətbəxinə qədəm qoymuş oldu. Bu mərasim həm də şirkətin 15 illik yubileyi ilə üst-üstə düşdüyündən böyük bir bayram ab-havasında keçdi. Noyabrın 4-də ilk olaraq fabrikin açılışı edildi. Əvvəlcə açılış məqsədilə qurban kəsildi. Sonra isə xoş təəsüratlarla və alqışlarla qızmızı lent kəsilərək açılış baş tutdu.

Türkiyənin görkəmli iş adamları – qida sektorunda “Kofteci Yusuf” kimi tanınan Yusuf Akkaş, Rusiyanın ən böyük ət tədarükçülərindən olan “Çalkan Ət”in sahibi Mustafa Çalkan, İstanbullu iş adamlarından Mehmet Akın, Ankaradan Kamil Bostan, İstanbulun ən böyük alış-veriş mərkəzlərindən “Atlas Park”ın İdarə Heyətinin üzvləri, maliyyə və bankçılıq sisteminin tanınmış şəxsləri, “Küveyt Türk” bankınının İdarə Heyətinin üzvləri açılışa qatıldılar. Üstəlik, Türkiyənin ən böyük mətbu orqanlarından olan “Posta” və yerli regional media nümayəndələrindən Sultanbəyli Kent Meydanı qəzetləri də tədbirə böyük diqqət yetirməklə yadda qaldılar. Qonaqlar sırasında Azərbaycanlı iş adamlarının da olması xoş məqam oldu. “Tazedo” fabrikinin müdiri Doğan Tomris qonaqları məkanla tanış etdi. Hər kəsə məhsulların yüksək keyfiyyətli, halal ət məhsullarından hazırlanması, bütün müasir standartlara uyğun gəlməsi barədə məlumat verildi. Gələnlərin hər biri gördüklərindən razı qaldıqlarını dilə gətirdi, xoş təəssüratlarını bölüşdülər, uğurlar arzuladılar.

Bir qədər sonra daha bir açılış mərasimi baş tutdu. Qonaqlar İstanbul Sultanbeyli, Battal Gazi mahallesi, Kubbe caddesi No:16 A ünvanında olan “Tazedo” fabrik satış mağazasının təntənəli açılışında iştirak etdilər. Doğan Tomris danışaraq hər kəsə gəldiyinə görə təşəkkür etdi, məhsullarımızdan məmnunluq duya biləcəklərini qeyd etdi. İdarə heyətinin sədri və əsas qurucu ortaqlardan biri olan İlham Abbasov da çıxış etdi. O Türkiyədə yaşayan Azərbaycanlı iş adamı kimi, “Tazedo” yatırımının azərbaycanlı iş adamlarının Türkiyəyə, onun iqtisadiyyatına etibarının göstəricisi olduğunu bildirdi. İlham bəy bildirdi ki, hazırda fabrikin istehsal gücü günlük 10 tondur. Yaxın gələcəkdə bazarın tələblərinə uyğun olaraq istehsalın artırılması planlaşdırılıb. Rusiya, Ukraynadan sonra Türkiyəyə fabrik açmalarının təsadüfi olmadığını vurğulayan iş adamı qonaqlara təşəkkür edib, bundan sonrakı hədəflərinin brendi burada yetərli dərəcədə inkişaf etdirdikdən sonra eyni addımları Azərbaycanda atmaq, ölkə iqtisadiyyatımıza yatırım etmək istədiklərini bəyan etdi. Açılış məqsədilə qurban kəsildi, xeyir-dualar verildi. Daha sonra alqış sədaları altında rəmzi qırmızı lent kəsildi, hər kəs mağazaya dəvət olundu və müxtəlif yeməklərə qonaq edildi. Mağazanın ilk iş gününə şahidlik edən qonaqlar “Tazedo” mətbəxinin çox ləziz olduğunu bildirdi. Xatirə şəkilləri çəkildi, yaddaşlarda xoş bir gün həkk olundu. Siz də İstanbulda olanda satış və istehsal coğrafiyası günü-gündən genişlənən “Tazedo”nun elə İstanbuldaca inşa edilmiş fabrikdə hazırlanan yüksək keyfiyyətli məhsullardan dadmaq şansını qaçırmayın! Yatırımları sırasına Rusiya və Ukraynadan sonra Türkiyəni də əlavə edən azərbaycanlı iş adamına məxsus şirkət böyük yarımfabrikat istehsalçısıdır.

Yalnız halal məhsullardan yararlanaraq hazırlanan yeməklərdə boyaq maddələri, süni aromatizatorlar və qoruyucular yoxdur və yalnız təbii məhsullardan istifadə edilir. Xam mallar yalnız yüksək müsbət nüfuza malik, işinə böyük peşəkarlıqla yanaşan istehsalçılardan alınır. Qidaların hazırlanma və dondurulması baxımından ən müasir texnologiyalardan istifadə olunması onları istehsala ən qısa müddətdə çatdırmaq imkanı verir. Şirkətin istehsalat bazasında Almaniya, İtaliya, Fransa və Danimarka kimi inkişaf etmiş ölkələrin avadanlıqları yer alır. Orijinal texnologiyalar istər avtomatik, istərsə də fərdi bişirmə variantından istifadə etmək, çeşid bolluğu yaratmaq şansı yaradır. 30-dan çox yarımfabrikat məhsulları – mantı, küftə, dolma və Türk mətbəxinin yerli yeməklərini özündə ehtiva edən məhsulları dadmaq üçün gediləcək birinci ünvan məhz “Tazedo”dur! Bizim məhsullarımız böyük bir dad və ləzzət dünyasıdır. Reseptlərimiz yerli mətbəxlərin ən gözəl ənənələri əsasında tərtib olunmuş, təbiilik və özünəməxsusluğu saxlanılmış, yüksək peşəkarlıq və böyük təcrübə ilə sintez olunaraq müştərilərin ixtiyarına verilmişdir.

AAAF Park sakinlərinin yeni iş yerləri ilə təmin edilməsi məqsədilə bir sıra xarici şirkətlərin cəlb edilməsi barəsində danışıqlar başlanılıb. Tazedo dondurulmuş qida məhsullarının istehsalı yaxın gələcəkdə AAAF Parkda da planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər