Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - sövdələşmə, maliyyə əməliyyatlarının aparılması üçün əlverişli gündür. Xərclərin əksər hissəsi ailənin tələbatının ödənməsi ilə bağlıdır. Xəsislik etməyin.
Buğa - ailə üzvlərinin, sevdiyiniz insanların xoş emosiyaları, sevinci hər şeyə dəyər. Günün ikinci yarısı konfrans, seminar və ya analoji tədbirə dəvət ala bilərsiniz. Həmfikir olduğunuz insanı asanlıqla ümumi işə cəlb edə bilərsiniz.
Əkizlər - unutmayın ki, pozitiv təmayüllərin güclü olmasına rəğmən, düşünülməmiş addımlar atmaq gərək deyil. Təmkinli olun, "ağır oturub batman gəlin".
Xərçəng - dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır.
Şir - yeni və faydalı biliklər, bacarıqlar əldə etmək üçün əlverişli vaxtdır. Xoş təəssürat bağışlamaq istədiyiniz insanla axşam saatlarında görüşə bilərsiniz. Səlis olun, nə demək istədiyinizi bilin, söylədiyiniz ifadələrin fərqinə varın.
Qız - işdə əhəmiyyətli uğur qazana bilərsiniz. Rəhbərliyin rəğbətini qazana bilərsiniz. Əvvəllər səlahiyyət dairəsinə daxil olmayan işlərlə məşğuliyyət ehtiyacı yarana bilər.
Tərəzi - münbit emosional fona malik gündür. Yaxşı əhval-ruhiyyədəsiniz. Kiçik problemlərdən təşvişə düşərək kefinizi pozmayın.
Əqrəb - uğurlu gündür. Çətinliklərin öhdəsindən gələcəksiniz. Özünüzə inamı itirməyin. Bu gün uğur üçün yetərincə imkanlarınız var.
Oxatan - münaqişələrin çözülməsi, problemlərin həlli, mürəkkəb suallara cavabların tapılması üçün yaxşı vaxtdır. Uzaq səfərlərə, tənha səyahətə çıxmaq olmaz. Romantik görüş pis keçməyəcək, amma gözləntilərinizi doğrultmayacaq.
Oğlaq - iş üçün çox yaxşı gündür. İşgüzar fəallıq yüksəkdir, çox işləri başa vura bilərsiniz. Səhvlərə yol verməyin, məğlubiyyətsiz taktika gəlişdirərək ondan yararlanmağa can atın.
Dolça - məntiq və şüurunuz emosiyaları nəzarətdə saxlasın. Münasibətləri və təmasları təhlükəyə atmayın.
Balıqlar - parlaq ideyalarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə can atırsınız. Əməyiniz və səyləriniz diqqətsiz qalmayacaq. Ödül səxavətli olacaq.
Milli.Az