Bayram günlərində 18 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 18 nəfər müraciət edib.
Bunu Teleqraf.com-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, zəhərlənmə ilə müraciət edən 7 nəfər mərkəzə qəbul olunub: “Dəm qazından zəhələnənlərin vəziyyəti ağır deyil”.
Azər Maqsudov bildirib ki, bayram günlərində dəm qazı zəhərlənməsi ilə xəstəxanaya müraciət edənlərdən 2 nəfər azyaşlı olub: “Zəhərlənənlərin arasında ölüm hadisəsi qeydə alınmayıb. Havalar yaxşı keçib deyə müraciət edənlərin sayı çox deyil”.
İlhamə ƏBÜLFƏT