5 Yanvar 2017 16:36
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2016-cı ildə 93 nəfərə müxtəlif növ yardımlar göstərib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərdən 63 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları, qalan 30 nəfəri isə potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olub.

Onların bir çoxuna mövcud vəziyyətləri və ehtiyacları nəzərə alınmaqla və ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımlar göstərilib, sosial reabilitasiya olunmaları üçün aidiyyəti tədbirlər görülüb.

Ümumilikdə 41 nəfərə hüquqi, 46 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərilməsi təmin olunub. 15 nəfərin yeni peşələrə yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələri, 33 nəfərin münasib iş yerləri ilə təmin olunmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə müvafiq işlər aparılıb.


İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər