25 Yanvar 2017 13:01
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı hakerlər tərəfindən Cebhe.info, “Cümhuriyyət” qəzetinin internet ünvanı (cumhuriyyet.biz) və axcp.biz saytlarına hücum edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın ayının 25-də, gecə saatlarında baş verən kiber hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Saytların ana səhifəsində hücumun Peyman Siyahi adlı iranlı haker tərəfindən edildiyinə dair bildiriş yayılıb. Ələ keçirilmiş Cebhe.info və Cumhuriyyet.biz saytında hakerlər “İranlı hakerlər burada idilər” qeydini yazıblar.

Saytda həmçinin kiber hücumda iştirak etmiş digər şəxslərin e-mail ünvanları və adları (M@rAz Ali / MoHaMaD Vaker / Saman Aghdami / shayan 72 / karaji / alihack051 / satan666 /... [email protected]) qeyd edilib.

Hadisə ilə əlaqədar sayt və qəzetin rəhbərliyi Mətbuat Şurasını məlumatlandırıb, eləcə də kibercinayətkarlıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Hazırda İT mütəxəssisləri hər 3 saytın fəaliyyətinin bərpası istiqamətində çalışır.


Müəllif:

Oxşar xəbərlər