15 Fevral 2017 23:38
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə Türkiyə vətəndaşının mağazadan aldığı çörəyin içərisindən siçovul nəcisi çıxması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə laborator müayinə üçün təqdim etdiyi nümunənin nəticələri məlum olub.

ARB xəbər verir ki, komitənin "Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı" laboratoriyasına təqdim olunan çörəkdə fikizi və kimyəvi yoxlamalar aparılıb.

Çörək QOST-un 6 göstəricisindən cəmi 1-nin tələbinə cavab verib. Nəticədə Şahin Mahmudun müraciəti ilə bağlı çörəyin xəmir hissəsində aşkar olunan 8 kənar qarışığın isə həqiqətən də siçovul nəcisi olduğu müəyyən edilib. Əcnəbi vətəndaşın müraciəti ilə ictimailəşən məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də açıqlama gəlib.

Fazil Talıblı - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi: "Biz bu barədə şikayətçiyə cavab bildirmişik, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə həmin o marketdə satılan istehsalçısı məlum olmayan dairəvi çörəyin tərkibi ilə bağlı sınaq protokolunu əlavə etməklə nəticələri bildirməklə xahiş etmişik ki, bu çörəyin istehlak bazarında qarşısını alınması məqsədilə qanunvericiliyə uyğun olaraq tədbirlər görülsün".


Müəllif:

Oxşar xəbərlər