20 Fevral 2017 16:15
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən fevralın 20-21-də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur. Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər