Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmıb və 1934-cü il təvəllüdlü İsmayılov Vahid Abbas oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verıblər.
Əməliyyat saat 09:40-da başa çatıb.