26 Mart 2017 08:28
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlər arasında inkişaf edir. Biz strateji tərəfdaşlarıq”.

Teleqraf.com xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov bildirib.

Ə.Amaşov ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib: “Vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə səmərəli görüşlərimiz olur. Biz bu cür görüşlərin, qarşılıqlı səfərlərin sayını artırmaq niyyətindəyik. İnanıram ki, biz deputatlar olaraq dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəmizi verəcəyik”.


Müəllif:

Oxşar xəbərlər