14 Aprel 2017 12:37
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmədov hesabatla çıxış edib. O, qeyd edib ki, 2017-ci ildə Hesablama Palatasının yaranmasının 17 ili tamam olur.

Vüqar Gülməmədov bildirib ki, hesabat sistemləşdirilib və təhlil edilib: “Habelə hər bir qurum üzrə müəyyən edilən nöqsanların sayı və ümumi məbləği qeyd olunub”.

Nəzarət tədbirlərinin sayı və əhatəsi dairəsi haqqında danışan Hesablama Palatasının sədri deyib ki, 12 təhlil işi olmaqla 77 tədbir həyata keçirilib. Naxçıvan büdcəsi ilə bağlı 19 nəzarət tədbirinin başlanması haqda qərar verilib. Eyni zamanda 4 audit tədbiri keçirilib.

2016-cı ilin iş planında nəzərdə tutulan nəzarət tədbirlərinin sayı ötən illə müqayisədə 9,8 % az olub.
Bakı şəhərində 32, respublikanın digər şəhər və rayonlarında 30, üç yerdə isə diplomatik korpuslarda audit tədbirləri aparılıb. Ümumilikdə 825 nöqsan aşkar edilib.

Dövlət satın almalarında verilən pozuntularla bağlı qanunvericilikdə dəyişikliklər ciddi rol oynayacaq.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir neçə istiqamətdə tədbirlər həyata keçirilib. Bura yerinə yetirilməyən işlərin yerinə yetirilməsi, artıq xərclənən xərclərin büdcəyə qaytarılması və digər tədbirlər daxildir.

Hazırda palata sədri çıxışını davam etdirir.

Cavad


Müəllif:

Oxşar xəbərlər