Mütəxəssislər tarix boyu mövcud olan ən bahalı mobil telefonlar beşliyini açıqlayıblar.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, siyahıda birinci yeri 8 milyon dollarlıq model tutub. Bu qiymət brendin loqotipinin almazla bəzədilməsi ilə əsaslandırılır. Belə ki, avstriyalı futbol klubu sahibi Toni Seyc 2010-cu ildə “Apple” şirkətinin istehsalı olan telefonunun zinət əşyaları ilə bəzədilməsini sifariş edərək brendin loqotipini 53 almazla bəzəyib.
Reytinqin ikinci pilləsində britaniyalı aktyor Hyuz Stüartın sifarişi ilə bəzədilən “iPhone 3GS” modeli qərarlaşıb. Aksessuar kimi 136 brilyantdan istifadə olunan smartfonun qiyməti 3,2 milyon dollar təşkil edib.
Üçüncü mövqedə 2,5 milyon dollarlıq “Kings Button” telefonu yer alıb. Korpusunu 136 brilyantın bəzədiyi, “Home” düyməsi 6,6 karatlıq unikal daşdan ibarət qurğunun dizayneri Alloison Peterdir.
Dördüncü yeri “Crypto Diamond Smartphone” smartfon versiyasını buraxan Rusiyanın “Ancort” istehsalçısı tutub. Zərgərlər tərəfindən 950 əyyarlıq qızıl korpus, eləcə də bir neçə brilyant əlavə olunub. Qurğu 1,3 milyon dollar qiymətləndirilir.
Beşinci yerə “GoldVish Le Million” telefonunu 1,2 milyon dollarlıq zinət əşyaları ilə bəzəyən İsveçrə şirkəti layiq görülüb.