Bu barədə Teleqraf.com-a Psixi Sağlamlıq Mərkəzindən məlumat verilib.
Məlumata görə, ay ərzində intihara cəhd edənlərdən 5-6 nəfər qaynar xəttə müraciət edir:
"İntihara cəhd edən şəxslər adətən, Psixi Sağlamlıq Mərkəzində xəstəxana şəraitində müalicə alırlar. Bizə daha çox ailə-məişət problemləri, psixoloji vəziyyət, narkomaniya, seksual problemlərlə bağlı zənglər olur. Zəng edənlərin hər birini qeydiyyata alırıq. Psixoloqlarımız onlarla ətraflı söhbət edir, intihar etmə riskini öyrənirlər. Böhran vəziyyətində olanlarla saatlarla danışıq aparılır. Çünki onların vəziyyəti narahatlıq doğurur, problemləri ciddi olur və müdaxilə etmək lazım gəlir".
Mərkəzdən onu da bildirdilər ki, ötən il Azərbaycanda 327 tamamlanmış intihar hadisəsi baş verib. 470 nəfər intihara cəhd edib. Amma bu intihar cəhdləri ölümlə nəticələnməyib.
Qeyd edək ki, Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən peşəkar psixiatr, psixoloq, sosial işçi və tibb bacılarından ibarət olunmuş Təcili Psixoloji Yardım Şöbəsidir. Mərkəzdə professional multidistiplinar komanda şəklində yardım edilir. Bu, Azərbaycanda kompleks müayinə və müalicə xidməti göstərən ilk və yeganə mərkəzdir.
Şöbəyə kimlər müraciət edə bilər?
Təcili Psixoloji Yardim şöbəsinə psixoloji problemləri olan və ya muayinə keçmək istəyən hər bir insan müraciət edə bilər.
Təcili Psixoloji Yardim şöbəsində bu pozuntuların muayinə və müalicəsi aparılır:
1. Kəskin stress reaksiyaları
2. Depressiya
3. Posttravmatik stress pozuntusu (PTSP)
4. Adaptasiya pozuntuları
5. Somatizə olunmuş pozuntu
6. İpoxondrik pozuntu
7. Dissosiativ-konversion pozuntu
8. Təşviş pozuntuları
a. Generazilə olunmuş təşviş pozuntusu
b. Təlaş (panik) pozuntusu
c. Sosial fobiya
d. Aqorafobiya
e. Spesifik fobiyalar
9. Obsessiv-kompulsiv pozuntular
10. Seksual pozuntular
11. Suisidal cəhdlər
12. Qida qəbulunun pozuntuları
a. Anoreksiya
b. Bulimiya
13. Yuxu pozuntuları
Xidmətlər
1. Psixofarmakoterapiya (dərman terapiyası)
2. Psixoterapiya:
a. İnterpersonal psixoterapiya
b. Koqnitiv-bihevioral psixoterapiya
c. Geştalt terapiyası
d. Qrup terapiyası
e. Ailə terapiyası
3. Psixoloji testlər vasitəsilə müayinə
4. Sosial sferadakı problemlərin müəyyənləşdirilməsi və müdaxiləsi
5. "İnam" telefon xətti (012-566-50-61) vasitəsilə 24 saat pulsuz psixoloji yardımın göstərilməsi.
İlhamə ƏBÜLFƏT