Məlumatı Teleqraf.com-a “Poster” MMC-dən təsdiqləyiblər:
"Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyimiz iki qurum arasında olan bir məsələdir. Əlavə danışmaq istəmirik. Bu, paytaxtın icra hakimiyyəti ilə özəl şirkət arasında iqtisadi məsələdir”.
“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən MMC icra hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan “Poster” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
İlhamə Əbülfət